Dərc edilib: 16-05-2016

https://www.nuh.az/7775-.html

Prezidentlər bu gün görüşəcəklər

16.05.2016 10:47:21

Siyasət

 

Bu gün - mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə  Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüş gözlənilir.

Modern.az saytı xəbər verir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə baş tutacaq görüş zamanı Azərbaycan və Ermənistan təmas xəttində atəşkəsin möhkəmləndirilməsi barədə danışıqlar aparılacaq.

Prezidentlərin görüşündə həm də Fransa, ABŞ və Rusiyanın diplomatik nümayəndəliklərindən təmsilçilər də iştirak edəcək.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib