Dərc edilib: 16-05-2016

https://www.nuh.az/7777-.html

Ziya Məmmədovun “sağ əli” problemə çevrilib

16.05.2016 11:37:14

Kriminal

 

 

Qulam Ələkbərov Kiyevdə oturaraq, Bakıda tenderlərə nəzarət edir, milyonlarla  vəsait  nazirin əlindən çıxa bilər

 

 

Nəqliyyat naziri Ziya Məmmədov çox çətin duruma düşüb.

Politika.Az xəbər verir ki, bütün səlahiyyətləri əlindən alınan, habelə külli miqdarda sərvəti əlindən çıxan nazirin yüksəlmək cəhdləri nəticə vermir. Bunu şərtləndirən ən ciddi səbəblərdən biri isə onun ən yaxın adamlarından biri sayılan, eyni zamanda, adı qalmaqallara qarışmış şəxsin əməllərinin artıq hökumətə ciddi zərər vurmasıdır.

Məlumatda vurğulanır ki, Ziya Məmmədovun “sağ əli”  olaraq tanınan Qulam Ələkbərovun Azərbaycanla yanaşı, Ukrayna vətəndaşı olması artıq təsdiqlənib. Qanunla Ələkbərov həbs olunmalı və vətəndaşlığı ləğv edilməlidir. Lakin Bakıdan qaçıb, Kiyevdə gizlənən Ələkbərov, orada fəaliyyətini davam etdirir. Bu isə nəqliyyat nazirinə ciddi şəkildə zərər vurmaqdadır. Məlumata görə, Qulam Ələkbərov əsasən Ziya Məmmədovun tenderlərinə nəzarət edir, onların icrasına baxır, habelə nazirin pullarını  xaricdə yerləşdirməklə mə.ğuldur.

İkili vətəndaşlıq səbəbindən Bakıdan qaçan sözügedən şəxs, artıq Ziya Məmmədova zərər vurmaqla, prosesi davam etdirməyə çalışır. Belə ki, Ələkbərov Kiyevdə əyləşərək, Bakıda həyata keçirilən tenderlərə qatılır, pul qoyur və pul qazanır. Paralel olaraq onun hakimiyyət tərəfdarlarına qarşı münasibətində ciddi qüsurların olduğu aşkarlanıb ki, bu da yuxarıların heç də xoşuna gəlməyib. Hətta onun Kiyevdə hakimiyyət dairələrində təmsil olunan bəzi şəxslərin qohumlarına problem yaratdığı da vurğulanır. Mənbə bildirir ki, Ziya Məmmədov artıq Azərbaycan hakimiyyətinə zərər vurulmasını bilir və bununla bağlı Qulam Ələkbərovla bir neçə dəfə danışmağa cəhd etsə də alınmayıb. İddia olunur ki, Ələkbərov nəqliyyat nazirini artıq saymır və Azərbaycana dönmək istəməməsi səbəbindən münasibətləri korlamaq üçün bəhanələr axtarır. Qulam Ələkbərovun yanaşması, onların ortaq bizneslərinin dağılmasıyla nəticələnəcək. Həmçinin Ziya Məmmədova məxsus olan böyük məbləğlərdə pulların artıq  “sağ əl”in əlində olduğu vurğulanır. Bu isə nazirin milyonlarla manat pul itirməsi mənasını daşıyır. Çünki Ələkbərov onunla münasibətlərini korladıqdan sora nəqliyyat nazirinə məxsus əlindəki pulları da özüylə apara bilər.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib