Dərc edilib: 17-05-2016

https://www.nuh.az/7782-.html

Tramp Obamanı hədəfə aldı: “Ən bərbad prezidentidir”

17.05.2016 13:00:55

Maraqlı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından faktiki namizəd olan Donald Tramp prezident Barak Obamanı kəskin tənqid edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ölkə başçısının onun müsəlmanlar haqqında dediyi ifadələrə görə tənqidi ifadələrinə sərt cavab verib.

“Siyasətdə də, həyatda da avamlıq xeyirli şey deyil. Məhz bu səbəbdən Barak Obama ABŞ tarixinin ən bərbad prezidentidir”.

 Bundan öncə, Ratqer universitetində çıxış edən Obama Trampın müsəlmanların Amerikaya girişini qadağan etmək barədə fikirlərini “ölkə dəyərlərinin satılması” kimi xarakterizə etmişdi.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib