Dərc edilib: 18-05-2016

https://www.nuh.az/7790-.html

Bakıda jurnalistin mənzili qarət olundu

18.05.2016 10:15:51

Cəmiyyət

APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadı mənzil qarət olunub. Modern.az saytı xəbər verir ki, jurnalistin  sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

 Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib