Dərc edilib: 21-05-2016

https://www.nuh.az/7806-.html

Sabiq nazir amnistiyaya düşür?

21.05.2016 13:59:56

Maraqlı

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə mayın 25-də keçiriləcək.

http://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=0&campaignid=0&zoneid=446&loc=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F241234&referer=http%3A%2F%2Fnews.lent.az%2F&cb=af6a91616aBu barədə Modern.az saytına məlumat verən vəkil Əfqan Məmmədov sabiq nazirin saxlanma şəraitindən hər hansı şikayəti olmadığını deyib: “İş baxılması üçün Ali Məhkəmənin hakimi Əli Seyfullayevin icraatına verib.”.

Ə.Məmmədov eyni zamanda onun amnistiyaya düşmə ehtimalından da danışıb:

 

“Mənim qənaətimə görə, aktın bəzi maddələrinə görə Nicat Quliyev amnistiyaya düşmür. Onsuz da avqust ayının 7-də onun həbs müddəti bitir və azadlığa çıxacaq. Məqsədimiz onun bəraət almasıdır”.

N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.  O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı. 

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib