Dərc edilib: 23-05-2016

https://www.nuh.az/7813-.html

Tahir Kərimli yenidən “Vəhdət”in sədri oldu

23.05.2016 14:19:57

Cəmiyyət

Deputat Tahir Kərimli yenidən Vəhdət Partiyasının sədri seçilib.


Partiyadan Modern.az saytına verilən məlumata görə, Vəhdət Partiyasının IV qurultayı keçirilib.

Vəhdətdən deylib ki, qurultaya qonaqlar və mətbuat nümayəndələri texniki səbəblərdən dəvət olunmayıb. Qurultayda 43 rayon (şəhər) təşkilatından 211 nəfər nümayəndə iştirak edib. 

Qurultayda partiyanın Nizamnaməsinə düzəliş edilərək “Ağsaqqal Şurası haqqında” hissə və “radikal” fəaliyyət haqqında müddəa Nizamnamədən çıxarılıb. “Məhəllə təşkilatları” sözləri "özək təşkilatları" sözləri ilə əvəz edilib. 

Sonra qurultay Tahir Kərimlini yenidən Vəhdət Partiyasının sədri, sədrin təqdimatına əsasən Abdulvahab Manafovu partiya sədrinin birinci müavini və 7 nəfərdən ibarət MNTK üzvlərini seçib. MNTK öz iclasında Etibar Səmədovu sədr seçib. 

Vəhdət Partiyası ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul edib, qurultay Baş Məclisin sədri Şəfiq Pənahinin, müavini Fəxrəddin Ağazadənin, katibi Rəhimə Heydərovanın səlahiyyətlərini və siyasi şuranın tərkibinin səlahiyyətlərini növbəti Baş Məclisə kimi təsdiq edib. 
Baş Məclisə 6 nəfər yeni üzv seçilib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib