Dərc edilib: 23-05-2016

https://www.nuh.az/7815-.html

“Çindən gətirlən “NAZ-lifan”lar Azərbaycana çatır”

23.05.2016 15:55:37

İqtisadiyyat

Naxçıvan Avtomobil Zavodunun (NAZ) sifarişi əsasında Azərbaycana yola salınan avtomobillər ölkəmizə çatmaq üzrədir.

 

Bu haqda Modern.az saytına NAZ-ın icraçı direktoru Musa Abdullayev məlumat verib.

O deyib ki, ilkin olaraq 100 ədəd avtomobil Azərbaycana gətirilir:

“Avtomobillər bu gün İrana çatıb, hazırda Bəndərabbasdadır. Qalanları da hissə-hissə gətirilir. Gətirilənlər 100 ədəd “820”modelinə məxsus NAZ-lifan avtomobilləridir”.

M.Abdullayev deyib ki, sifariş verilən 500 ədəd avtomobilin qalanı hissə-hissə Azərbaycana çatacaq: “Avtomobillər qarşıdakı həftə ölkəmizdə olacaq, qalanları da hissə-hissə gətiriləcək”.

Qeyd edək ki, NAZ tərəfindən Çinin avtomobil zavoduna 500-ə yaxın maşın sifariş verilib, onlardan 270 ədədi hazırdır və Azərbaycana yola salınıb. Avtomobillərdən140 ədədi “820” modelinə, 100 ədədi “X-60” modelinə və 130 ədədi “320” modelinə aiddir. Avtomobillər bu ayın sonu, növbəti ayın əvvəli üçün Azərbaycanda olacaq.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720,  “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.
“NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib