Dərc edilib: 22-05-2016

https://www.nuh.az/7816-.html

II qrup Qarabag əlili Kərəm Həsənovun işçisindən prezidentə şikayət etdi

22.05.2016 16:37:53

İqtisadiyyat

Neftçala şəhəri VI-məhəllədə yaşayan Qarabağ Müharibəsinin II qrup əlili Novruzov Heydər Vaqif oğlu Bizimxeber.az İnformasiya Portalı vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun işçisi, 7 saylı Şirvan ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasının rəisi Məhəmməd Qambayevdən Prezident İlham Əliyevə şikayət edir. 

 

II qrup əlili Novruzov Heydər Vaqif oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik… 

Cənab Prezidnet!

 

Mən, II qrup əlili Novruzov Heydər Vaqif oğlu,Bakı şəhərində doğulmuşam və Neftçala rayonunda böyüyüb boya-başa çatmışam. Respublikamızın hər qarış torpağı mənim üçün doğmadır və əzizdir. Məhz buna görə bu torpaqların müdafiəsində can qoyaraq II qrup əlil olmuşam. Mətbuatdan və televiziyadan aldığım məlumatlar, eləcə də rayon ərazisində torpaq almaq istəyən vətəndaşların başına açılan oyunlar məni təəccübləndirir və təəssüfləndirir.

Belə ki , vətəndaş özünə fərdi yaşayış evi almaq istəyi ilə yerli bələdiyyə orqanına ərizə ilə müraciət etdikdən sonra əsl müsibətlər başlayır. Sən demə mülkiyyətçi bələdiyyə olduğu halda torpağın satışı ƏMDK-nin yerli qurumları tərəfindən həyata keçirilməlidir.

Əvvəlcə torpağa müayinə aktı, Reyestr Xidmətinin rayon şöbəsindən yazılmalıdır. Əgər bələdiyyənin Dövlət Aktı yoxdursa şöbənin müayinə aktını yazan məmuruna xahiş etməlisən, yoxsa torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması cavabını almalı olacaqsan. Bu səddi keçdikdən sonra Reyestr Xidmətinə qayıdıb, ƏMDK-nin Ərazi Şöbəsindən rəy almaq üçün “ hörmət” edərək onu əldə edib bələdiyyəyə qaytarmalı, prosedura başlanılması haqqında qərardan çıxarışla Reyestr Xidmətinə rüsum və xidmət haqqlarını ödəyib torpağın mülkiyyət hüququna dair çıxarış əldə etməlisən.

Bundan sonra yaşadığın ərazidən 100 (yüz) km-lə məsafədə yerləşən ƏMDK-nin 7 saylı ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasına getməlisən ki, hərrac və ya müsabiqədə iştirak edəsən və burada da “hörmət” göstərib qalib olman barədə şəhadətnamə əldə edəsən. Orada ƏMDK-nin sədri Kərəm Həsənovun təyin etdiyi Məhəmməd Qambayev adlı bir quldur əyləşib. Camaatı soymaqla məşğuldur. Bu adam özünü ali irq hesab edir. Və deyir ki, hamı mənim ayağıma gəlməlidir. Hər verilən torpağa haqqlar müəyyənlişdirilib. Bundan sonra alqı-satqı müqaviləsi  ilə təzədən Reyestr Xidmətinin rayon şöbəsinə qayıdaraq özün üçün yeni mülkiyyət hüququ barədə çıxarışı rüsum və xidmət haqqını ödəyərək əldə etməlisən. Baxın bu prosedurun təsviri artıq ərizəmin yarı səhifəsini fəth etdi, indi görün bununla bağlı sənədlərin tərtibatına nə qədər əsəb, nə miqdarda kağız, nə məbləğdə rüsum və xidmət haqqı, nə məbləğdə “ hörmət” lazımdır?

Televiziyadan ƏMDK-nin nümayəndələri bəyan edirlər ki, torpaq ayırma sənədləri ilə bağlı prosedurlar asanlaşdırılmış “vahid pəncərə” yaradılmışdır. Əgər bu pəncərəyə sənədlə bağlı beş-altı dəfə baş çəkməli oluruqsa bunun harası “vahid pəncərə” oldu?

Möhtərəm Prezident!

Mən çoxsaylı müharibə iştirakçıları və əlilləri adından sizə müraciət edərək xahiş edirəm ki, bu sahədə Qanunvericilik aktlarına yenidən baxılsın, məmur özbaşınalığına qarşı ciddi tədbirlər görülsün, torpaq mülkiyyətçisi olan yazıq bələdiyyələ bu sahədə müstəqillik və səlahiyyət verilsin.

Redaksiyadan:

Ümumiyyətlə, son aylar Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində ciddi narazılıq müşahidə olunmaqdadır. Ölkə prezidentinin son qərarı – Dövlət əmlakının özəlləşdirilməsi işinin Komitədən alaraq öz nəzarəti altına götürməsi bir daha subut etdi ki, bu qurumda vəziyyət ürəkaçan deyil. 

Doğurdan da qəribədir. Kərəm Həsənovun qurduğu sistem kökündən səhvdir və bu sistem yalnız rüşvət almağa, işin bir əldən idarə olunmasına istiqamətlənib. Məsələn, niyə hərrac və müsabiqə üçün  kasıb vətəndaşlar yüz kilometrlərlə yol gedərək vaxt və maliyyə itkisi ilə üzləşməli olmalıdır?

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, vətəndaşlara xidmət rahat və asan həyata keçirilməlidir. Elə isə, Kərəm Həsənovun qurduğu sistemdə niyə vətəndaşlar incidilir? Niyə, Məhəmməd Qambayev kimilər vətəndaşdan rüşvət istəməlidir? İş düzgün qurulsa, hər bir vətəndaş öz rayonunda  hərrac və müsabiqəyə qatılsa daha asan rentabelli olar. 

Yəqin ki, yaxın aylarda prezident İlham Əliyev bu məsələyə də noqtə qoyacaq. Gözləyək…

 

 NUH.az 

 


 

 

   

NUH informasiya agentliyi səhifəsindən çap edilib