Dərc edilib: 26-05-2016

https://www.nuh.az/7840-.html

Kreml Donbasın Ukraynaya qaytarılmasını dəstəklədi - ŞOK

26.05.2016 19:54:41

Region

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbas regionunun Ukraynanın tərkibinə qayıtması ilə bağlı prezident Pyotr Poroşenkonun çıxışını dəstəklədiklərini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov humanitar prinsiplərdən çıxış edərək bunun mümkün ola biləcəyini deyib.

“Əgər Poroşenko humanizm prinsiplərindən çıxış edərək Donbası geri qaytarmaq istəyirsə, bunu yalnız alqışlamaq olar. Əslində biz də Moskvada bunu dəstəkləyirik”.

Xatırladaq ki, Nadejda Savçenkonun azad olunmasından sonra Pyotr Poroşenko Krım və Donbası da Ukraynanın tərkibinə qaytaracağını bəyan etmişdi.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib