Dərc edilib: 28-05-2016

https://www.nuh.az/7849-.html

Rasət Pirisoyu məxsusi olaraq NUH.az üçün yazdı ...

28.05.2016 14:00:07

Cəmiyyət

Bu gün bizim dövlət müstəqilliyimizin növbəti ildönümüdür. 

 

Təbii ki, bu hər bir azərbaycanlıda qürur hissi oyadır və oyatmalıdır da!

Amma, necə deyərlər, ortada bir iş var, iki əməl; şəxsən mən son vaxtlar Azərbaycan xalqının dövlət müstəqilliyinə nail olmasının anatomiyasını başa düşməyə çalışıram.
Bilmək istəyirəm, biz dövlət müsəqilliyinə dahilərimizin nümayiş etdirdiyi böyük liderlik bacarığı, xalqımızın böyük fədakarlığı ilə nail olmuşuq, yoxsa bu şansı bizə tarix verib. 
Necə deyərlər, tarixi şans yaranıb, hamı kimi biz də dövlət müstəqilliyniə nail olmuşuq.

Mən öz mili liderlərimiz haqqında düşünürəm.
Etiraf edim ki, həm araşdırmalarım, həm müşahidələrim, həm də tarixin gedişi məndə məyusuluq hissi oyadır.
Mən liderlərimizin böyük əksəriyyətinin hərəktəlrində nəinki böyük fədakarlıq, əksinə daha çox fırılıdaq, kəmfüsətlilik, qorxaqlıq, acgözlük, var dövləti hərisliyi, satqınlıq, irticaçılıq, qaragüruhçuluq, ağılkəmliyi … görürəm.

Bu məni bir insan kimi çox ağrıdır.
Elə bilirəm bu ağrını biz hamımız yaşayırıq.

İndi biz bir cəmiyyət olaraq faktik pat vəziyyətindəyik.
Ölkədə qeyri - müəyyənlik hökm sürür.

Mən bilirəm, Azərbaycanda dahi olmaq çətin məsələdir.
Bizim bir çoxumuz sözün həqiqi mənasında miyanə adamlarıq.
Bizim içərimizdən çıxan nəhənəg fikir adamları nə qazanıblarsa, dişləri, dırnaqları ilə qazanıblar…
Biz öz dahilarimizə həmişə zülm etmişik.
Amma nə yaxşı ki, onlar var.
Onlar olmasaydı, bu gun Azərbaycanda işıq adında heç nə olmazdı.
Hərdən bizim əlimizdən tutub, bizə güc verən də onlardır.

Bu günlərdə qarşıma bir sənəd çıxdı.
Sənədi Feysbukda Araz Gündüz yaymışdı. 
Araz Gündüz də həmin sənədi Ənvər Borüsoya istinadən yaydığını yazırdı.

Sənəddə Azərbaycan tarixinin iki böyük nəhəngi, əgər belə demək mümükünsə, mübahisə edir. Biri ümidsizlik içərisindədir, o biri isə tarixi təcrübədən çıxış edib, ümidsizliyə heç bir əsas olmadığını deyir.

Mən artıq üç gündür ki, bu sənədin qarşısında donub qalmışam.
Bizim müasir Azərbaycan cəmiyyətində məhz bu sənəddə ifadə olunan miqyas çatışmır.
Mən üç gündür ki, bu miqyas haqqında düşünürəm.

Yadıma bu üç gündə, bu üç gündən qabaqkı günlərdə baş verənlər düşür, Xədicə İsmayılın azadlığa çıxması haqqında düşünürəm, İntiqam Əliyevi, Leyla Yunusun azadlığa buraxılmasını götür- qoy edirəm və fikirləşirəm, bəlkə Azərbaycanda vaxtı ilə Üzeyir Hacıbəyovu məyusuluğa aparıb çıxarın, bu məyusuluğa «yox» deyən Məhəmməd Əmin Rəsulzadənin arxalandığı mihit meydana çıxmağa başlayıb.

Düşünürəm, bəlkə səhv edirəm.
Düşünürəm, bəlkə belə deyil.
Düşünürəm, bəlkə elə doğrudan da elə belədir.
Sənədi Sizə təqdim edirəm.
Bayramınız mübarək!

NUH informasiya agentliyi səhifəsindən çap edilib