Dərc edilib: 28-05-2016

https://www.nuh.az/7851-.html

M.TEATR yeni premyera ərəfəsindədir

28.05.2016 19:43:25

Cəmiyyət

 

Bu barədə məlumat verən teatrın direktoru bildirib ki, hazırda Azərbaycan uşaq ədəbiyyatının görkəmli simalarından biri

Abdulla  Şaiqin məşhur “ TIQ-TIQ XANIM ” nağılı əsasında hazırlanan müziklın son məşqləri gedir.

M.TEATR  bu nağılın populyarlığını nəzərə alaraq onu özünəməxsus konsepsiyada təqdim etmək niyyətindədir.

Loq - line :

Əsl dost axtaranlar mütləq onu tapırlar.

Plot - line :

Şıltaq və eqoist Dozanqurdu bəzənib - düzənib dost axtarışına çıxır . Amma , əsl dost tapmaq o qədər də asan iş deyil . Bunun üçün çətin sınaqlardan keçmək lazımdır. Nəhayət , Dozanqurdu özünə dost tapır və öz mənfi keyfiyyətlərindən - şıltaqlıq və eqoistliyindən də qurtulur .

Müəllifin intensiyası : Dostluq sevgi dolu anlaşma və qarşılıqlı güzəşt tələb edir. Əks halda ...

Oyunçular : Tık- tık xanım – GÜNAY ƏHMƏD

Siçan – AMİD QASIMOV

Çoban – OKTAY MEHDİYEV VÜQAR HACIYEV Tülkü – ELGÜN HƏMİDOV ZİYA AĞA

Quruluşçu rejissor – VİDADİ HƏSƏNOV əməkdar artist Rejissor asisenti – ELGÜN HƏMİDOV

Musiqi tərtibatı – CEYHUN QURBANOV AMİD QASIMOV

Rəqslərin quruluşu – LALƏ HACIYEVA

Geyim üzrə rəssam – LEYLA ƏLİYEVA

 

Əziz tamaşaçılar , Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, 30 May saat 14:00-da Rəşid Behbudov adına Mahnı Teatrında tamaşanın ilk nümayişi baş tutacaq.

P.S.  Tamaşanın biletlərini  teatrın kassalarından və 012-409-34-88/ 070-997-43-76 nömrələrinə zəng vuraraq əldə edə bilərsiz

 

 

  NUH.az 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib