Dərc edilib: 31-05-2016

https://www.nuh.az/7859-.html

Sarkisyan işdən qovduğu generalı həbs etdirdi

31.05.2016 14:14:05

Region

Ermənistanın Hərbi İstintaq Komitəsi ordunun yüksək rütbəli zabitlərinin həbsi barədə məlumat yayıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, “vəzifə səlahiyyətlərini aşma” və “külli-miqdarda dövlət vəsaitini mənimsəmə”  faktı ilə bağlı 1 general və 2 polkovnik həbs olunub.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin maddi-texniki təminat xidmətinin keçmiş rəisi Mels Çilingəryan polkovniklər Armen Markaryan və Mqer Papyanla cinayət əlaqəsinə girərək ordu üçün nəzərdə tutulan məhsulların qiymətini şişirtmiş və keyfiyyətsiz məhsullar satın almışlar.

Mels Çilingəryan mayın 21-də prezident Serj Sarkisyan tərəfindən vəzifəsindən azad olunmuşdu. Bundan əvvəl, prezidentin işdən azad etdiyi daha bir general – Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəhbəri, general-mayor David Abramyan da “vəzifə səlahiyyətlərin aşma” maddəsi ilə həbs olunmuşdu. Lakin o, dövlətə dəyən zərəri ödədiyi üçün barəsindəki cinayət içinə xitam verilmişdi.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib