Dərc edilib: 01-06-2016

https://www.nuh.az/7863-.html

Zurufçudan prezidentə müraciət - 250 min dolları batıb

01.06.2016 12:35:57

Hadisə

Əməkdar artist Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

AzNews.az xəbər verir ki, əməkdar artist müraciətində bankda batan əmanətlərinin qaytarılması üçün prezidentdən kömək istəyib: “Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250 000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, amma heç bir nəticəsi olmayıb. Xahiş edirəm bu məsələyə diqqət göstərəsiniz”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib