Dərc edilib: 02-06-2016

https://www.nuh.az/7877-.html

SOCAR-ın yeni binasının açılışında “məzhəkə”

02.06.2016 19:08:45

Maraqlı

Bir neçə gün əvvəl  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı oldu.

 

Açılış mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev də iştirak edib.

 

SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan yüksək şərait barədə məlumat verərək, bildirib ki, burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqlarla  təchiz edilib. 

 

NUH.az-a daxil olan məlumata görə SOCAR-ın yeni binasında  nümayiş  etdirilən  müasir  kompüterlər və  kompüter  avadanlıqları  özəl şirkətlərin birindən bir günlüyə  alınıb və açılışdan sonra  sahibinə qaytarılıb.

Xəbərin nə dərəcədə  doğru olub-olmadığını  dəqiqləşdirə bilməsək də, ancaq onu dəqiq bilirik ki, ölkə başçısını  məzhəkə iştirakçısına çevirmək heç kimə baş ucalığı gətirməz.

Qarşı tərəfin mövqeyini  işıqlandırmağa  hazırıq.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib