Dərc edilib: 03-06-2016

https://www.nuh.az/7880-.html

Türkiyənin yeni Baş naziri Bakıya gəlir

03.06.2016 12:15:38

Region

Türkiyə Baş naziri Binali Yıldırım Azərbaycana rəsmi səfərə gəlir. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2 gün davam edəcək rəsmi səfər zamanı Binali Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək. Görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq proseslər müzakirə olunacaq. 

Səfər əsnasında Binali Yıldırım mərhum prezident Heydər Əliyevin məzarını, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və türk şəhidlərinin xatirə abidəsini ziyarət edəcək. 

Baş nazirin mətbuat xidmətindən verilən açıqlamada “Baş nazir Binali Yıldırımın Şimali Kipr ilə birlikdə ilk xarici səfərini dost və qardaş Azərbaycana etməsi ikitərəfli əlaqələrimizə həsr edilən əhəmiyyətin təzahürüdür” ifadəsi yer alıb.

 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib