Dərc edilib: 03-06-2016

https://www.nuh.az/7883-.html

Kərəm Həsənovdan İlham Əliyevə şikayət -MƏTN

03.06.2016 14:25:17

Cəmiyyət

Binəqədi rayonu, Naxçıvani küçəsi ev 39A saylı binada yaşayan sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Sakinlər tərəfindən daxil olan müraciətdə deyilir:
“Hörmətli cənab Prezident! 
Binəqədi rayonu, Naxçıvani küçəsi ev 39A saylı  binada yaşayırıq. Göstərilən ünvanda yaşadığımız 24 il ərzində binamızın zirzəmizində müxtəlif təşkilatlar qeyri-qanuni fəaliyyət göstəriblər.
Belə ki, binamızın zirzəmisinin aparıcı divarı sökülmüş küçə və digər tərəflərdən qapı və pəncərə oyuqları açılmışdır. Bizim şikayətimiz nəticəsində Bakı Şəhər İcra Hakimiyyəti özünün 09. XI.2001-ci il tarixli sərəıncamla binanın konstruktiv möhkəmliyinə təsir göstərən yükdaşıyan divarda açılmış qanunsuz qapı oyuğunu hördürərək zirzəmini bağlatdırdı.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı H.Hüseynova tapşırıq verildi ki, sakinlərin haqlı narazılığına səbəb olmuş zirzəminin istifadəsi üçün verilmiş Binəqədi Rayon XDS İK-nin 19/484 saylı qərarını ləğv etsin və zirzəminin gələcəkdə zəbt olunmasının qarşısının alsın.
Bu sərəncamdan bir qədər sonra Fərhad Əliyevin sədrlik etdiyi Əmlak Komitəsi Hacıbala Abutalıbovun bağlatdırdığı qeyri-qanuni qapı oyuğunu təzədən sökdürdü və zirzəminin digər hissəsini də AMİP-in Binəqədi rayon şöbəsinə icarəyə verdi.
Qeyri-rəsmi məlumatlara görə bu yaxınlarda Əmlak Komitəsi AMİP-in Binəqədi rayon şöbəsinin müqaviləsini ləğv edərək binamızın altındakı zirzəmini yenə kimlərəsə icarəyə verib(yaxud özəlləşdirib). Haşırda binanın zirzəmisində qeyri-qanuni söküntü işləri apararırlar. Səs-küydən dayanmaq olmur.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik ki, binamızın zəlzələyə davamlılığını artırmaq, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə qeyri-qanuni icarə və ya özəlləşdirmənin qarşısını alaraq, binamızın ümumi istəfadəsinə məxsus olan zirzəmidən kənar insanların çıxarılması haqqında göstəriş verəsiniz”.
Müraciətin fotosurətini mətnə əlavə edirik. /Arqument.Az/
    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib