Dərc edilib: 05-06-2016

https://www.nuh.az/7895-.html

Tanınmış iş adamı vəfat edib

05.06.2016 11:58:07

Hadisə

Sumqayıtın tanınmış iş adamı, “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov vəfat edib.  Modern.az saytı xəbər verir ki, mia.az-in məlumatına görə, iş adamı uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.  

Bu gün mərhumun vəfatı ilə əlaqədar Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Sumqayıta gəliblər.  

Mərhum sabah doğulduğu rayonda - Ucarda dəfn olunacaq.  

Allah rəhmət eləsin!   

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib