Dərc edilib: 05-06-2016

https://www.nuh.az/7896-.html

Saakaşvili çadırda işləyəcək

05.06.2016 21:26:45

Region

Odessanın qubernatoru Mixail Saakaşvili gələn həftə iş kabinetini Odessa-Reni yolunda aparılan təmir işləri raynunda çadıra köçürməyə söz verib.  Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda qubernator özünün Facebook səhifəsində məlumat yayıb.

 

“Gələn həftə öz kabinetimi Odessa-Reni yoluna köçürürəm. Bütün işgüzar görüşləri və qəbulları istisnasız olaraq bu çadırda keçirəcəyəm. Çadırı iş cəbhəsi 100 faiz maliyyə ilə təmin olunana qədər  tərk etməyəcəyəm. İnsanları ələ salmaq kifayətdir”, - Saakaşvili yazıb.

 

O, gələn həftənin ikinci günü maliyyələşmənin həcminin və tikintinin intensivliyi üçün Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşəcəyini də xəbər verib.

 

NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib