Dərc edilib: 06-06-2016

https://www.nuh.az/7897-.html

SOCAR Natiq Əliyevin nəzarətinə verildi – ÖZƏL

06.06.2016 11:30:13

İqtisadiyyat

SOCAR-ın bütün maliyyə axınlarına nəzarət energetika naziri Natiq Əliyevə verilib.

Bu barədə etibarlı mənbələrdən AzToday.az-a bildirilib.

Məlumatda bildirilir ki, artıq SOCAR rəhbərliyi Natiq Əliyevin icazəsi olmadan heç bir iş görmək səlahiyyətində deyil. Konkret olaraq SOCAR-ın bütün xərcləmələri ilə bağlı son sözü energetika naziri deyir.

Qeyd edək ki, Dövlət Neft Şirkəti Energetika Nazirliyinə tabe olan təsərrüfat hesablı şirkətdir. Üzun müddət idi ki, bu tabeçilik formal xarakter daşıyırdı. Natiq Əliyev demək olar ki, SOCAR-la bağlı məsələlərdə söz haqqını itirmişdi. 2005-ci ildə ARDNŞ prezidenti vəzifəsindən çıxarılaraq energetika və sənaye naziri təyin edilən Natiq Əliyevin nazir postunun faktiki olaraq heç bir səlahiyyəti yox idi. SOCAR-la bağlı qərarların verilməsində şirkətin prezidenti Rövnəq Abdullayev əsas söz sahiblərindən biri idi.

SOCAR-a nəzarətin Natiq Əliyevə verilməsinin əsas səbəbi Dövlət Neft Şirkətinin maliyyə axınlarının şəffaf olmaması və şirkət rəhbərliyinin bizə qaranlıq qalan hərəkətlərinin siyasi hakimiyyət tərəfindən qəzəblə qarşılanması olduğu deyilir…

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib