Dərc edilib: 06-06-2016

https://www.nuh.az/7902-.html

Qulu Məhərrəmliylə bağlı növdənkənar iclas - Ərizəsi qəbul edildi

06.06.2016 16:56:45

Hadisə

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Elmi Şuranın növbədənkənar iclası keçirilib.

İclasda Q. Məhərrəmlinin istefa ərizəsinə baxılıb və ərizə qəbul olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl AzNews.az Q. Məhərrəmlinin institutdakı vəzifəsindən istefa verməsiylə bağlı məlumat yaymışdı. Monitorinq şöbəsinin keçmiş müdiri istefasının səbəbini belə açıqlamışdı: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, bu institutda işləməyin bir mənası qalmayıb artıq”.

Qeyd edək ki, Q. Məhərrəmli Monitorinq şöbəsinə 2014-cü ildən rəhbərlik edib. O, şöbə müdiri olarkən Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətə başlayıb. Q. Məhərrəmlinin rəhbərliyi altında reklamlarda, ictimai iaşə obyektlərində, yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib