Dərc edilib: 07-06-2016

https://www.nuh.az/7908-.html

İstanbulda terror aktı: 11 ölü, 36 yaralı

07.06.2016 14:36:57

Hadisə

Türkiyədə növbəti dəfə terror aktı törədilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərin avtobus dayanacaqlarından birinin yaxınlığında baş verən partlayış zamanı 11 nəfər ölüb, 36 nəfər isə xəsarət alıb. Ölənlərdən 7-i polis, 4-ü isə mülki vətəndaşdır. 

 

Partlayışın yoldan polis avtomobili keçən zaman baş verdiyi bildirilir.

 

İstanbulun tarixi hissəsində baş verən partlayışın arxasında PKK terrorçularının dayandığı ehtimal olunur.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib