Dərc edilib: 10-06-2016

https://www.nuh.az/7932-.html

Çeçenlər yeni prezident seçəcək - Vaxt dəqiqləşdi

10.06.2016 12:25:40

Hadisə

Çeçenistan Respublikasında prezident seçkilərinin vaxtı müəyyənləşdirilib. 

AzNews.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəsmi saytında məlumat dərc edilib.“Çeçenistan Respublikası parlamentinin 80-ci iclasında federal və respublika qanunvericiliyinə uyğun olaraq deputatlar prezident seçkilərinin 2016-cı il sentyabrın 18-də keçirilməsi barədə qərar qəbul ediblər”, - deyə məlumatda qeyd olunub.

Çeçenistan parlamentinin spikeri Maqomed Daudov hazırda prezident vəzifəsini icra edən Ramzan Kadırovun ölkə başçısı seçiləcəyinə əmin olduğunu bildirib.

 

 

    NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib