Dərc edilib: 11-06-2016

https://www.nuh.az/7938-.html

Rəşid Behbudovun ailəsindən heykəllə bağlı narazılığa - Reaksiya

11.06.2016 15:38:38

Cəmiyyət

Dünya şöhrətli sənətkar Rəşid Behbudovun Bakıda ucaldılan heykəli bəzi etirazlara səbəb olub. 

AzNews.az xəbər verir ki, Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin R.Behbudova bənzəməməsi müzakirə obyektinə çevrilib. 

AzNews.az-ın əməkdaşı məsələylə bağlı Rəşid Behbudovun ailəsiylə əlaqə saxlayıb. Sənətkarın kürəkəni Kamil Şahverdiyev açıqlamasında bildirib ki, sənətkarın heykəli ailə tərəfindən müsbət qarşılanıb: “Biz ailəliklə heykələ baxmışıq və bəyənmişik. Bu məsələ artıq həll olunub və Rəşid Behbudovun heykəli qəbul olunub. Əlavə söz-söhbətə ehtiyac yoxdur”.

Xatırladaq ki, heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Salayevdir. Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib