Dərc edilib: 14-06-2016

https://www.nuh.az/7953-.html

Məzahir Pənahovun “VİLLA” restoranı fəaliyyətini dayandırdı

14.06.2016 14:07:39

İqtisadiyyat

 

Mərkəzi  Sekçi Komissiyasının ( MSK ) sədri  Məzahir Pənahovun adı  uzun müddətdir mətbuatda  biznesmen-məmur kimi hallandırılır. Yazılanlardan bəlli olur ki,  dövlətdən  müəyyən məbləğdə əmək haqqı alan MSK sədir  Bakı şəhərində xeyli villaya, mülklərə, hətta restoranlara sahibdir. Mətbuatda MSK sədrinin tikinti biznesində də payı olduğu  qeyd olunur. Biz hələ MSK sədrinin kimlərəsə bahalı avtomobil hədiyyə etməsini demirik.

 

Bu gün NUH.az-a  daxil olan məlumata görə, MSK sədrinə məxsus  VİLLA restoranı fəaliyyətini dayandırıb. Məlumatdan  bəlli olur ki, restoran  İqtisad  Universiteti ilə üzbəüz yerləşir. Ancaq mənbə restoranın bağlanma səbəbinə aydınlıq gətirə bilmədi.


Görünür  maliyyə böhranı MSK sədrini də vurub.

Qarşı tərəfin mövqeyni  işıqlandırmağa hazırıq.

 

  NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib