Dərc edilib: 14-06-2016

https://www.nuh.az/7956-.html

SOCAR-ın xərclədiyi milyonlar - AĞACIN KÖKÜNDƏ PROBLEM VARSA...

14.06.2016 14:52:11

LIVE

SOCAR-ın Avro-2016-nın sponsoru olması doğrudan da hər kəsi həm təəccübləndirdi, həm də düşündürdü. Hurriyyet.org SOCAR-ın baş tutan sponsorluğu və ölkədə federasiyaların maliyyələşdirilməsi ilə bağlı araşdırma aparıb.

 
Axı devalivasiyanın olduğu, işçi ixtisarlarının baş tutduğu vaxtda bu necə gerçəkləşib? Bildiyimiz kimi, SOCAR ölkədə təkcə AFFA-ya sponsorluq etmir. SOCAR Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərini maliyyələşdirən bir şirkət kimi tanınır.
Hətta Beynəlxalq Cüdo Federasiyası və Avropa Futbol Federasiyaları İttifaqı ilə tərəfdaşlıq sazişləri imzalanıb. UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir. Bu tədbirlər yüz milyonlarla futbolsevərlərə, o cümlədən Azərbaycandakı futbol azarkeşlərinə sevinc bəxş etməklə yanaşı, ölkəmizi və SOCAR-ı dünyaya tanıtmaq, nəhayət, biznes fəaliyyətimizə təkan vermək üçün effektli bir platformadır.
Mayın 5-21-də Azərbaycanda keçirilən UEFA U-17 Avropa Futbol Kuboku oyunlarına biletlər SOCAR işçiləri üçün şirkət tərəfindən hədiyyə edilir. 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək Avropa Çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulub.

 

SOCAR-ın xərclədiyi milyonlar - AĞACIN KÖKÜNDƏ PROBLEM VARSA...

 

Milyonluq sirr
 

 

İddia edilir ki, Avropa çempionatının sponsoru olmaq üçün şirkət təşkilatçılara 70 milyon avro (təxminən 120 milyon manat) ödəyib.
Mətbuatda yayılan xəbərdə bildirilir ki, SOCAR-ın bu turnirdə reklamının təşkilində əsas məqsədi Avropada olan yanacaqdoldurma məntəqələrinin tanıdılmasıdır. Ancaq SOCAR-dan UEFA ilə əməkdaşlığının neçə milyona başa gəldiyini demirlər. Bildirilir ki, bu kommersiya sirridir.
SOCAR-ın xərclədiyi milyonlar - AĞACIN KÖKÜNDƏ PROBLEM VARSA...

 

Rövnəq Abdullayev isə bu barədə belə danışıb:“Avropa çempionatında SOCAR-ın reklamının olması böyük şeydi. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq. Bunu böyük çətinlik hesabına, rəqabətdən qalib ayrılaraq etmişik. SOCAR-ın, Azərbaycanın adının orda yazılması böyük uğurdur”.
Bəs maraqlıdır, bu qədər federasiyaya sponsorluq edən, beynəlxalq turnirləri maliyyələşdirən digər qurumlar arasında pul bölgüsünü necə aparır?
Bir zamanlar Rövnəq Abdullayevin sevimlisi olan, SOCARA və AFFA-ya xidmət edən Tahir Süleymanov SOCAR-ın AÇ-2016-ya sponsorluq etməsinə belə münasibət bildirib: “UEFA ilə müqavilə çoxdan, krizisdən öncə bağlanıb. Təbii, Azərbaycanın indiki dönəmində SOCAR-ın Avropa çempuonatında sponsorlardan biri olması birmənalı qarşılanmır. Son 10-12 ildə dövlət, SOCAR, klub himayədarları ölkə futboluna bir milyard dollardan çox vəsait xərcləyib. "Neftçi", "Qarabağ", "Qəbələ"nin qruplara düşməsindən başqa heç bir uğur qazanılmayıb. Millidən isə danışmağa dəyməz. Baxmayaraq ki, 6-7 il öncə baş məşqçi Berti Foqtsa, təlim-məşq toplanışlarına, mükafatlara külii miqdarda pul ayıraraq AFFA ideoloqları Avro-2016-nın final mərhələsinə vəsiqə qazanmağa söz vermişdilər. Bunun əvəzinə finallarda sponsor kimi peyda oldular. Ölkədə futbol klublarının dağılması fonunda bu heç də xoş deyil. Ölkə futbolunda idarəçilik, sistem yenilənməlidir. Əks halda bundan sonra da 1-2 milyard xərclənsə, yenə də heç bir uğur olmayacaq. Ağacın kökündə problem varsa, nə qədər vəsait qoysan, keyfiyyətli bar verə bilməz”.

SOCAR-ın xərclədiyi milyonlar - AĞACIN KÖKÜNDƏ PROBLEM VARSA...

 

 

Narazı qalan neft mütəxəssisi və hüquq müdafiəçisi
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban SOCAR-ın AÇ-yə sponsorluq etməsinə çox maraqlı bir tərzdə yanaşıb. O saytların birinə açıqlamasında belə deyib: “Xammal şirkətləri bu cür kütləvi idman yarışlarında reklam vermirlər. 2008-ci ildən hökumət özünün qeyri-neft sektoruna keçidini elan edib. Hər il də 10 faiz bunun artımını qeyd edir. Ancaq bizim “adam arasına çıxarılası” yenə də neftdən başqa bir şey tapılmadı ki, orada nümayiş etdirək. Biz bu baxımdan doğrudan geri qalmışıq”.
Hüquq müdafiəçi Mirvari Qəhrəmanlı isə verdiyi açıqlamada bildirib ki, bu sponsorluğa görə məyusdur: “O vəsait daha ağır problemlərin həllinə yönəlməlidir. Bu cəmiyyət tərəfindən çox pis qarşılanır. İstər Neft Fondu, istər neft şirkəti dövlət büdcəsinə keçirilir. Pisləyirəm, çox məyusedici bir xəbərdir. SOCAR-ın vəsaitindən istifadə olunması həm şirkətin işçilərinin, həm də Azərbaycan işsiz insanların hüquqlarının pozulmasıdır”.
Aldığımız məlumata görə, SOCAR tərəfindəın maliyyələşdirilən Azərbaycan Şahmat Federasiyasında maaş gecikmələri və pulda azaldılmalar var. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə isə SOCAR-ın başqalarına sponsor olması onların maliyyəsinə təsir etmir: “AFFA-ya olan ödənişlər vaxtında ödənilir. Bizim qurumda maaşla bağlı bir problem yoxdur”.
Qəribədir ki, SOCAR Bakıda keçiriləcək “Formula-1”-ə də sponsorluq etməyi öz boynuna götürüb.

Aygün İlqarızı, Hurriyyet.org

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib