Dərc edilib: 14-06-2016

https://www.nuh.az/7957-.html

Nazir tapşırıq verdi: Aparat rəhbəri baş redaktoru məhkəməyə verdi

14.06.2016 15:04:35

Müsahibə

 

Rövşən Cəlilov və Malik Rzayev mətbuatla necə dil tapır? 
Ekologiya Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilov qlobal.az saytını və saytın baş redaktoru Mübariz Məmmədovu məhkəməyə verib. 
Belə ki, Cəlilov Qlobal.az saytında 2016-cı ilin fevral ayının 24-də 02.01 tarixdə (mənbə Qaynar.info), Gundelik-baku.com və Xalq.az saytlarına istinadən dərc olunmuş yazıları əsas gətirərək bu addımı atıb. 
Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək özünün "işgüzar nüfuzu”na xələl gətirdiyini iddia edib. May ayının 26-da Bərdə rayon Məhkəməsinin hakimi Cavid Tagıyev tərəfindən hazırlıq iclası keçirilib. 
Bərdə rayon məhkəməsində Cavid Tağıyevin hakimliyi ilə keçirilən hazırlıq iclasından Qlobal.az saytının xəbəri olmayıb. Saytımızdan heç bir şəxs hazırlıq iclasında iştirak etməyib. 
Məsələ ilə bağlı saytın baş redaktoru Mübariz Məmmədovdan mövqe öyrəndik. 
Baş redaktor hesab edir ki, bu məsələ qərəzli və sifarişlidir: "Nazir Hüseynqulu Bağırovun xəbəri olmadan Rövşən Cəlilov belə bir addım ata bilməzdi. Hesab edirik ki, məhz bu nazirin tapşırığıdır. Rövşən Cəlilova gəlincə, bu adamın, deyəsən, qanunvericilikdən xəbəri yoxdur. Bilmir ki, dövlət məmurunun işgüzar nüfuzu olmur. Amma deyəsən, Rövşən Cəlilov özünü iş adamı və ya biznesmen hesab edərək "işgüzar” nüfuzunu önə çəkir”.
Baş redaktor onu da bildirib ki, yaydıqları məlumata görə, qarşı tərəfin onu məhkəməyə verməsi absuddur: "Biz bu yazıları istinadla dərc etmişik. Qanunda göstərilir ki, əgər məlumat bir mənbədən yayılıbsa və təkzib olunmayıbsa, həmin məlumatı istənilən şəxsin yaymaq hüququ var. Rövşən Cəliovun KİV haqqında Qanundan xəbəri yoxdursa, bunu hardasa, ona bağışlamaq olar. Amma ona tövsiyə edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxusun. Ana Yasamızın 50-ci maddəsində bu məsələlər öz əksini tapıb. 
Bizim istinadən verdiyimiz bu yazılarda ilkin mənbə göstərilən saytların heç birində təkzib getməyib. Rövşən Cəlilov haqqında gedən bu informasiyalar qeyd edim ki, hazırda ilkin mənbələrin bəzilərindən çıxarılıb. Bu "yol”u özünə daha məqsədəuyğun hesab edən Rövşən Cəlilov bununla qanunsuz əməllərinin mediada işıqlandırılmasına qarşı çıxır. Qeyd edim ki, hazırda Rövşən Cəlilovun hansı İnformasiya saytları ilə əlaqəsinin olduğu haqda əlimizdə kifayət qədər məlumat var. Rövşən Cəlilovun bu işdə media kuratorluğunu nazirliyin meşələrin inkişafı Departamentinin hüquqşünası Rzayev Malik  həyata keçirir. Onun hansı media orqanları ilə necə işbirliyində olması da çoxlarına bəllidir. Maraqlıdır ki, Rövşən Cəlilov məhz öz qanunsuz əməllərini bu "qaranlıq yollar”la ört-basdır edir. Amma narahat olmasın, biz onun və nazirliyin hüquqşünası Malik Rzayevin fəaliyyəti ilə bağlı müntəzəm oxuculara məlumat verəcəyik. Məhkəməyə gəlincə, qanunvericilikdə nəzərdə tutulan bütün vasitələrdən istifadə edərik. Ölkə başçısı cənab İlham Əliyev özünü dəfələrlə medianın dostu adlandırıb. Amma  prezidentin mediaya qayğı göstərdiyi və söz azadlığının vacibliyini vurğulaması deyəsən, Hüseynqulu Bağırova və onun ətrafına aid deyil. Məhz ona görə də nazir və ətrafı mediadan "qorunmaq” üçün müxtəlif yollara əl atırlar. Təbii sərvətlərimizin talan olunmasına görə də məhz Hüseynqulu Bağırov məsuliyyət daşıyır. Məsələ ilə bağlı cənab prezidentə də müraciət edəcəyik. Ümid edirik ki, bu məsələ ədalətli şəkildə həllini tapacaq. Yaxşı olardı ki, Hüseynqulu Bağırov özünün, ətrafının və oğlunun qanunsuz əməlləri barədə düşünsün”.
Qlobal.az
Sənubər 

NUH informasiya agentliyi səhifəsindən çap edilib