Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7967-.html

İran ABŞ-ı 2 milyarda görə məhkəməyə verdi - QALMAQAL

16.06.2016 11:15:13

Region

İran ABŞ-ı Beynəlxalq məhkəməyə verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım İrana məxsus 2 milyard dollarlıq dondurulmuş bank hesabının ABŞ tərəfindən qaytarılmamasına görə baş verib.

 

Amerika məhkəməsinin qərarına əsasən, İrana məxsus həmin vəsait 1983-cü ildə Beyrutda baş verən terror aktında ölən amerikalıların ailələrinə veriləcək.

 

İranın xarici işlər naziri Cvad Zərif də Tehranın Vaşinqtona qarşı iddia qaldırdığını təsdiqləyib.

“Biz amerikalıların qanunları pozduğun bütün dünyaya göstərəcəyik”.

 

ABŞ tərəfi 1983-cü ildə Beyrutda 281 amerikalı hərbi qulluqçunun həlak olduğu hücuma görə İranı məsuliyyətli bilir.

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib