Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7974-.html

Elmar Vəliyevin “Əli və Nino” sevgisi

16.06.2016 15:27:01

Hadisə

 

İyunun 15-də Gəncədə  “Əli və Nino”  adlı kitab evinin açılışı ilə  bağlı  AZƏRTAC-ın rəsmi xəbəri yayılıb.

 

Xəbərdən bəlli olur ki, ölkədə kitab işi və mütaliə mədəniyyətinin yüksəldilməsi məqəsdilə açılan  Qafqazın ən böyük  “ Üçmərtəbəli”  kitab evinin açılışında “İlin icra başçısı”  Elmar Vəliyev və

 Milli Məclisin depuatları, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Amma  xəbər yayılandan  bir müddət sonra  Elmar Vəliyev  təcili  göstəriş verib ki, “Əli və Nino” söhbətini  birdəfəlik  yığışdırın  və  Qafqazın “üçmərtəbəli” kitab mərkəzinə təzə ad axtarın.

 

NUH.az-a daxil olan məlumata  görə, icra başçısı hazırda yeni adlar üzərində düşünür. “Əsli və Kərəm”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “ Yusif və Züleyxa”, hətta  “Romeo və Cülyetta”  adları üzərində ciddi müzakirələr gedir.

Yəqin ki yaxın dəqiqələrdə  kitab mərkəzinin adı bəlli olacaq. Bizi izləyin.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib