Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7975-.html

“Azərpoçt” MMC poçt şöbələrini arendaya verib – Valyutadəyişmə məntəqələri açırlar…

16.06.2016 15:54:50

İqtisadiyyat

1 saylı filialın 10 saylı şöbəsindəki valyutadəyişmə məntəqəsi kimindir? 

 

“Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti icra edən Sübhan Kazımov poçt filiallarını öz əmlakı kimi idarə edir. Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, 1 saylı filialın 10 saylı şöbəsi arendaya verilib. Məlumatı dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkdik.

Olduqca balaça olan  10 saylı şöbədə toz-duman göz çıxarırdı. Öyrəndik ki, bu şöbənin təxminən 9 kv-lıq hissəsini valyutadəyişmə məntəqəsi kimi arendaya verilib və təmir işləri aparılır. Maralıdır, valyutadəyişmə məntəqəsi kimi istifadə olunacaq yer dövlət balansında olan bir poçt şöbəsinindir.

Bunu kimlər arendaya verib? Qanunla tənzimlənirmi? Onsuz da balaca olan bu şöbədə insanlar rahatlıq tapa bilmir. Buranı bir qədər də balacalaşdılrmaq nə deməkdir?

Məlumat üşün bildirək ki, qalmaqallı Eldar Mahmudov olayı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsini itirməsi ilə nəticələndi. Bir neçə yüksək çinli məmur həbs olundu, onlarla şəxs vəzifəsini itirdi. 

Həbs olunan arasında “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev var idi. Bir neçə aylıq fasilədən sonra Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar naziri təyin olundu. Daha sonra isə “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti olaraq Sübhan Kazımova həvalə olundu. Hazırda  S.Kazımov Baş direktor vəzifəsini müvəqqəti icra edir. 

Bizimxeber.az


 

 NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib