Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7978-.html

Nərimanov rayonunda ağaclar kəsildi, ara qarışdı - Fotolar

16.06.2016 19:27:56

Reportaj

 

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 14 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməsinə etiraz edirlər.
"Report”un hadisə yerində olan müxbiri xəbər verir ki, sakinlər etiraz əlaməti olaraq avtomobil yolunu bağlayıblar. Yol bağlanandan sonra sakinlərlə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı bir nəfər xəsarət alıb, əraziyə təcili tibbi yardım maşınları gəlib.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub, sakinlərlə danışıq aparılıb. Hazırda yol açılıb.
Sakinlər isə hələ də etirazlarını davam etdirirlər. Onlar kəsilən ağacların bərpasını tələb edirlər.
 






  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib