Dərc edilib: 17-06-2016

https://www.nuh.az/7985-.html

“Azərpoçt” şöbələrini arendaya verib – Nazirlik isə sorğuya cavab vermir… – YENİLƏNİB

17.06.2016 19:39:41

İqtisadiyyat

Ötən gün saytımızda “Azərpoçt” MMC poçt şöbələrini icarəyə verib – Valyutadəyişmə məntəqələri açırlar…” başlıqlı xəbər yerləşdirilmişdi. Xəbərdə kifayət qədər ciddi məqamlar və daha çox dövlət obyektinin icarəyə verilməsindən söhbət gedirdi.

 

Əslində xəbər sayta yerləşdirilməzdən öncə KİV Haqqında qanunun tələblərini əsas tutaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb faktın rəsmi tərəfini dəqiqləşdirməyə çalışdıq. Amma, nazirliyin mətbuat xidmətinin əməkdaşı (012)498-60 72) sualımızı dinləmədən rəsmi sorğu şəkilində göndərməyimizi tələb etdi. Üstəlik “soğunu nə zaman cavablandıracaqsız” sulımıza “baxarıq da, görək nə zaman cavablandırırıq” deyib dəstəyi asdı. Biz isə sadəcə güldük və bir anlıq hansısa inkişaf etməyən bir ölkədə olduğumuzu hiss etdik.

 

 

1 sayl; filial

 

 

Bütün bunlara baxmayaraq sorğunu elektron ünvana göndərdik.

Amma təəssüflər olsun ki, sorğuya hələ də çavab verilməyib.  Düşünürük ki, verilməyəcək də. Dövlət əmlakını icarəyə verənlər bu suala hansı cavab verə bilər? Nə desinlər? Desinlər dostlara vermişik? Yoxsa  poçt filialını artıq özəlləşdirmişik?

Ümumiyyətlə, son aylar bu nazirliyin mətbuata, eləcə də diğər məqamlara laqeyd yanaşmasının şahidi oluruq. Əlbətdə, Ramin Quluzadə nazir postuna yeni təyin olunub və yəqin ki, mətbuatla işləməyin yeni qaydalarını yaratmaq istəyir. Amma neçə? Mətbuatın suallarını cavablandırmamaq, baş verənləri cavabsız qoymaqlamı? Yoxsa nazir belə susqunluq nümayiş etdirməklə bir qədər təhlükəli imic qazanmaq istəyir?

Bizdə belə məmurlar zatən var … Susmaqla və bir qədər də özünü ciddi göstərməklə qorxu yaradıblar. Əslində isə onlardan böyük talançı yoxdur. Qaldı ki, ölkə başçısının etimad göstərib nazir postuna kimi gətirib çıxaran Ramin Quluzadəyə, ondan sadəcə sualmıza cavab istəyirik. Bir cümləlik suala, bir cümləlik cavab…

Əslində mövzunu bir qədər dərinləşdimək olar. Məsələn, ölkənin bütün poçt şöbələrində pulköçürmə xidmətləri fəaliyyət göstərir. Hansısa alman vətəndaşı Bakıdakı dostuna və ya qohumuna pul göndərirsə poçt işçisi onu manata çevirərək ödəyə bilir. Bir növ valyutadəyişmə işini həyata keçirir. Elə isə, poçtda belə bir məntəqənin yaradılmasına nə ehtiyac var? 

Bu gün isə daha bir  məlumat əldə etmişik. Bizimxeber.az-a daxil olan məlumata görə, poçt filialında fəaliyyət göstərən bu valyutadəyişmə məntəqəsi gələcəkdə 24 saat fəaliyyət göstərmək niyyətindədir. Saat 18:00-da poçt filialı işini bitirib bağlanmalı olduğu halda valyutadəyişmə məntəqəsi neçə işləyəcək? Yəqin nazirin dostları bunun da yolunu tapıblar.

***

1 saylı filialın 10 saylı şöbəsindəki valyutadəyişmə məntəqəsi kimindir?

“Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti icra edən Sübhan Kazımov poçt filiallarını öz əmlakı kimi idarə edir. Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, 1 saylı filialın 10 saylı şöbəsi arendaya verilib. Məlumatı dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkdik.

Olduqca balaça olan 10 saylı şöbədə toz-duman göz çıxarırdı. Öyrəndik ki, bu şöbənin təxminən 9 kv-lıq hissəsini valyutadəyişmə məntəqəsi kimi arendaya verilib və təmir işləri aparılır. Maralıdır, valyutadəyişmə məntəqəsi kimi istifadə olunacaq yer dövlət balansında olan bir poçt şöbəsinindir. Burada necə valyutadəyişmə məntəqəsi yaratmaq olar?  Bunu kimlər arendaya verib? Qanunla tənzimlənirmi? Onsuz da balaca olan bu şöbədə insanlar rahatlıq tapa bilmir. Buranı bir qədər də balacalaşdılrmaq nə deməkdir?

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, valyutadəyişmə məntəqəsi nazir Ramin Quluzadənin yaxın dostu tərəfindən açılır. 

Məlumat üşün bildirək ki, qalmaqallı Eldar Mahmudov olayı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsini itirməsi ilə nəticələndi. Bir neçə yüksək çinli məmur həbs olundu, onlarla şəxs vəzifəsini itirdi. 

Həbs olunan arasında “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev var idi. Bir neçə aylıq fasilədən sonra Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar naziri təyin olundu. Daha sonra isə “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti olaraq Sübhan Kazımova həvalə olundu. Hazırda  S.Kazımov Baş direktor vəzifəsini müvəqqəti icra edir. 

Bizimxeber.az

 


NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib