Dərc edilib: 24-06-2016

https://www.nuh.az/8014-.html

İlham Əliyev nazirə birinci müavin təyin etdi - Sərəncam

24.06.2016 15:04:24

Siyasət

Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

 

"Qafqazinfo" xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.

O, 1979cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Qaynarinfo.Az xəbər verir ki, 2014-cü ildən bu vəzifədə çalışan İltimas Məmmədov isə birinci müavinlikdən  müavin vəzifəsinə təyin olunub. Uyğun dəyişiklik artıq Nazirliyin rəsmi saytında da öz əksini tapıb.

Xatırladaq ki, hazırda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib