Dərc edilib: 23-06-2016

https://www.nuh.az/8019-.html

İmişli təhsilində biabırçılıq...

23.06.2016 15:46:00

Cəmiyyət

Ramiz Əmirov 30 min manatı həzm-rabedən keçirmək istəyir

 

Təhsil Şöbə müdiri Mikayıl Cabbarovun əmr və göstərişlərinə məhəl qoymur Son bir neçə ayda ölkənin təhsil sistemində baş verənlərlə bağlı ciddi müzakirələr gedir. Müəllimlərin uşaqlara qarşı aqressiv davranışı, onları hətta vurması kimi videolar yayılır. Nəticədə müəllim cəzalandırılır və ciddi qınaq obyektinə çevirilir. Amma burda başqa bir məqam var ki, həmişə diqqətdən qaçır. O məqam ki, Təhsil Şöbə müdirləri və ya məktəb direktorları həmişə yaxasını kənara çəkib "öz işləri" ilə məşğul olurlar. Məktəb direktorlarının ümumiyyətlə, məktəb rəhbərliyinin savadsızlığından, idarəçilik qabiliyyətinin zəifliyindən, korrupsiyaya bulasmasından heç kim danışmaq istəmir.

 

Deyən yoxdur ki, direktorların da, Təhsil Şöbə müdirlərinin də başı yalnız pul qazanmağa qarışıb ki, nəticədə orta məktəblərdə çox ciddi hadisələr baş verir. Lakin bəzi rayonların təhsilində yaranan vəziyyət isə olduqca ciddi və təcili həllini gözləyən problemlərdəndir ki, bu isə nazir Mikayıl Cabbarovu qətiyyən narahat etmir. Nazir postuna yeni təyin olunanda dünya təhsil sisteminin Azərbaycana inteqrasiyasından ağız dolusu danışan cənab Cabbarovun indi səsi çıxmır. Təhsildə biabırçı hallar, korrupsiya, rüşvət isə daha ciddi vəziyyət almaqdadır. Daha bir neçə biabırçı faktı-İmişli rayonunda çalışan müəllimlərin Bizimxeber.az-a etdiyi müraciəti həm oxucuların, həm də nazir Mikayıl Cabbarovun diqqətinə çatdırırıq. Bizimxeber.az-a daxil olan məlumata görə, İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov rayon təhsilini sözün həqiqi mənasında bərbad günə salıb.

 

Müəllimlər bildirir ki, R. Əmirov sinif rəhbərlərinin 1 aylıq maaşını mənimsəmək istəyir. Ümumiyyətlə, rayon məktəblərində ümumilikdə, 950 sinif rəhbəri var. Onların bir aylıq əmək haqqlarının mənimsənilməsi Ramiz Əmirovu təxminən 30 min manat qabağa salacaq. Fakültativləri öz yaxın adamlarının adlarına yazdırıb pullarını mənimsəyən Ramiz Əmirovun gözü doymur ki, doymur. Məktəblərdən müxtəlif bəhanələrlə pul yığılması adi hala çevrilib. Narazılıq edən direktor isə ya vəzifədən uzaqlaşdırılır, ya da mütxəlif formada cəzalandırılır. Təsəvvür edin, Ramiz Əmirov bir məktəbə direktor təyin etmək üçün 3 nəfərdən pul alıb. Hələ də heç bir təyinat yoxdur.

 

Aylardı pul aldığı adamlara müxtəlif yalanlar danışan R.Əmirov bu yolla vaxt udur. Şəhər 7 nömrəli tam orta məktəbin direktoru yaş həddi ilə əlaqədar nazirlik tərəfindən işdən azad edilsə də, Təhsil Şöbəsinin müdiri onu başqa məktəbdə direktor kimi işlədir. Belə çıxır ki, Ramiz Əmirov həqiqətən də Təhsil Nazirliyinin əmr və göstərişlərinə əməl etmir. Məktəb direktorlarını intihar həddinə çatdıran R.Əmirov daha ciddi və bir başa korrupsiya faktı hesab oluna bilən əməllərlə məşguldur. Bu barədə yaxın günlərdə geniş məlumat verəcəyik.

 

NUH.AZ

NUH informasiya agentliyi səhifəsindən çap edilib