Dərc edilib: 25-06-2016

https://www.nuh.az/8022-.html

MUĞANBANK-da qanunsuz dollar alveri

25.06.2016 09:46:15

Cəmiyyət

 

Azərbaycan Mərkəzi Bankı ( AMB )  bu gün  iyun ayının 24-də manatın rəsmi məzənnəsini açıqlayıb: 1.5332  AZN/USD.

 

Manatın  konkret  banklardakı  alış-satış  qiymətini araşdırmaq üçün  NUH.az-ın əməkdaşı  bu gün 17:08 radələrində  MUĞANBANK-ın Xətai  metrosunun çıxışındakı  “Demirchi Tower”  Biznes Mərkəzində yerləşən  filialında olub.

 

Bankda  dolların alışı  1.52 manat, satışı isə  1.594 manat olub.

 

Məlumat üçün qeyd edək ki, bir gün öncə, yəni dünən  MUĞANBANK-ın həmin  filialında dolların alış kursu 1.52 manat, satışı isə 1.57 manat olub.

Yəni MUĞANBANK-ın rəhbərliyi  dollar  ajiotajından istifadə edərək  bir gündə  dolların  satışını  nə az, nə çox  2 manatdan çox artırıb, amma alışını  isə dəyişməyib.

 

Görəsən,  bank necə olur ki, bir gün müddətində dolları belə bahalaşdırır, amma alış qiymətini dəyişdirmir.

Ancaq ən biabırçı hal odur ki, MUĞANBANK-ın işçiləri satdıqları  dollara  görə  alıcıya çek vermək istəmir.

 

NUH.az-ın əməkdaşı tələb etsə də aldığı dollara görə ona çek verilməyib.

 

Bu qanunsuz dollar alveridir, vergidən yayınmaqdır.

Digər tərəfdən əgər bankın müştəriyə satdığı dollar saxta olarsa, müştəri sabah bunu necə sübut edə bilər..?

Biz hələ bankın dollar  alverindəki digər qanunsuzluqlarını demirik.

Yəqin ki, bankın rəhbərliyi bütün bunlardan nəticə çıxaracaq. Əks təqdirdə bu iqtisdai sabotaj və üstəlik  ciddi  qanun  pozuntusudur.

Görəsən, MUĞANBANK-ın rəhbərliyi kimə arxayındır ki, bu boyda qanunsuzluğa gedir..? Bu barədə növbəti yazıda.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib