Dərc edilib: 25-06-2016

https://www.nuh.az/8024-.html

Birinci xanım göz yaşlarını tuta bilmədi

25.06.2016 10:10:47

Hadisə

Tarixi referendumla Avropa Birliyindən çıxan İngiltərədə nəticələr elan olunduqdan sonra baş nazir Devid Kameron da istefa verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, baş nazir istefasını açıqlayarkən birinci xanım Samanta Kameron da həyat yoldaşını tək buraxmayıb. O, D.Kameronun çıxışı zamanı göz yaşlarını tuta bilməyib.
Kameronun yerinə keçməyə əsas namizədlərdən biri isə Londonun keçmiş bələdiyyə sədri Boris Consondur.
Qeyd edək ki, Devid Kameron 2005-ci ildən Mühafizəkarlar Partiyasının lideridir və bu müddət ərzində iki dəfə seçkilərdə qalib gəlib.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib