Dərc edilib: 25-06-2016

https://www.nuh.az/8026-.html

Bədəvi ərəb və “Koroğlu” MMC-nin nəvəsi Tahir Əliyev

25.06.2016 14:18:29

İqtisadiyyat

 

 ARMO STORE supermarketində hamam suyu satırlar

 

“Koroğlu”  MMC-nin  mənfi  imici ilə bağlı ölkə mətbuatında  kifayət qədər yazılıb.

Hətta firmanın rəhbəri  Tahir Əliyevin adam oğurluğunda  ittiham olunması da mətbuatda öz əksini tapıb. Bütün bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik.

Biz konkret  olaraq öz gözlərimizlə gördüklərimizi cəmiyyətə çatdırmaq istəyirik.

Məlumat üçün onu da qeyd edək ki, “Koroğlu”  firması allah qoymasa müstəqil Azərbaycanın ilk şirkətlərindən biridir  və 1992-ci ildə təsis olunub.

İki ay əvvəl  Xətai rayonu, S.Vəzirov küçəsində bir hay-küy qopdu, çal-çağırdan qulaq tutuldu, adamlar musiqinin sədalarına yığışdılar, gənc xanım müğənnilər çalıb-çağırdı...Və məlum oldu ki, yuxarıdakı ünvanda “Koroğlu” firması yeni bir supermarket açır: ARMO STORE.

Ancaq ilk gündən bəlli oldu ki, bu supermarket ölkədə devalvasiyanın olduğu bir zamanda məhsulları  başqa marketlərlə müqayisədə  çox baha satır. Nə etməli..? Bunu da yazaq bazar iqtisadiyyatının ayağına. Bəs...

Hazırda ölkədə istilərin tüğyan elədiyi bir zamanda  ARMO STORE marketində hər növ  içki, mineral sular demək olar ki, az qala qaynayır. Hər dəfə soruşandakı bu boyda bahalıq olduğu halda nə üçün soyuducu sistem işləmir, cavab verirlər ki, soyuducunu məhsulu verən firma quraşdırmalıdır.

Axı, müştərinin nəyinə lazımdır kim quraşdırır, neçəyə quraşdırır..? Müştəri yayın istisində sərin su almaq istəyir.

Sözün qısası, XXI əsrdə bizm bəyənmədiyimiz bədəvi  ərəblər  avtobus dayanacaqlarında  kondisioner  quraşdırır, Koroğlunun nəvəsi Tahir Əliyev isə  yayın istisində əhaliyə hamam suyu satır. Özü də çox baha qiymətə..

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib