Dərc edilib: 25-06-2016

https://www.nuh.az/8028-.html

Ramil Usubov Qubada qəbul keçirdi

25.06.2016 18:50:00

Cəmiyyət

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.


Nazirliyin mətbuat xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onların polis fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib