Dərc edilib: 28-06-2016

https://www.nuh.az/8038-.html

Neftçalada dövlət əmlakını belə talayırlar – Video- FOTO

28.06.2016 12:33:19

Siyasət

Bir müddət əvvəl Azərbaycan Respublikasınnın Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun bütün səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verildi. Bu səlahiyyətlərdən biri də Torpaqların mühafizəsinə nəzarətdən ibarətdir ki, hazırda bu funksiyanı yeni yaradılmış Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi həyata keçirir. Bundan öncə mətbuatda Neftçala rayonu ərazisində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nağıyev Firudin Bilal oğlu tərəfindən rayon bələdiyyələrinin mülkiyyətində olan torpaqların, eyni zamanda Dövlət və Xüsusi mülkiyyətdə olan torpaqların başına açılan oyunlar barədə məlumat verilsə də, məsələyə ciddi münasibət göstərən tapılmadı, Bir sözlə, bu problemin həllinə səthi yanaşıldı.


 

Bütün bunların fonunda isə, MKTİB-ni rəisi Firudin Nağıyev Neftçala rayonunda Əmlak Komitəsinin və Ekologiya və Təbii sərvətlər nazirliklərinin işçilərinə arxalanaraq tabeçiliyində olan maşın və mexanizmləırdən istifadə edərək Neftçala bələdiyyəsinin mülkiyyətində olan iki hektardan artıq, Yenikənd bələdiyyəsinin mülkiyyətində olan kəndin prespektiv inkişafı üçün nəzərdə tutulan ərazidən beş hektardan artıq, xüsusi mülkiyyətdə olan pay torpaqlarının ərazisindən bir hektardan artıq torpaq sahələri avtomaşınlara yüklənərək maşını 80 (səksən) manatdan kənara daşınıb satılmaqda davam edir. Qəribə burasındadır ki, bu oğurluq malın nə qabağını kəsən var nə də verilən siqnallara reaksiya verən.

 

Əcəba, bu torpaqlar MKTİB-nin rəisinə hədiyyəmi olunub, yoxsa bunun adını nə qoyaq? Фparılan müşahidələr nəticəsində bu torpaqları yükləyən traktorun və ÇU 271 AZ\TR 14 tranzit nömrəli KAMAZ markalı avtomobilin MKTİB-nə məxsus olması, torpağın daşınmasında fəallıq göstərən 47 AC 384 nömrəli avtomobilin rayon YOL idarəsinə, 90 JN 301 nömrəli avtomobilin Rahil adlı şəxsin idarə etdiyi məlum olub. Bunları təsdiqləyən vidoe və fotoçəkilişləri sizə təqdim edirik.

 

Rayon Əmlak Məsələləri Dövlət Komitəsin sədri Kərəm Həsənovdan, baş prokuror Zakir Qaralovadan, Vergilər naziri Fazil Məmmədovdan xahiş edir ki, yuxarıda qeyd olunan faktların araşdırlmasına yardımçı olsunlar. Sakinlər bildirir ki, Dövlət Agentliyinin işçiləri ya bu sahədə öz səlahiyyətlərinə səhlənkar yanaşırlar ya da onlar da bu torpaq oğruları ilə əlbirdirlər.

 

Araşdırmalarımız davam edir...

 

Bizimesr.az

 

 

IMG-20160627-WA0008 20160626_191347 20160626_190502 20160626_185813 20160626_173010 20160626_173913 20160626_180732 20160626_180747 20160626_182956 20160626_172256 20160626_171549 2016-06-26 22.14.10


NUH informasiya agentliyi səhifəsindən çap edilib