Dərc edilib: 28-06-2016

https://www.nuh.az/8043-.html

Kərəm Həsənovun 40 mərtəbəli biznes mərkəzi

28.06.2016 15:37:05

Siyasət

Nağıllarımızda  sirli  40-cı otaq var. Deyəsən məmurlarımız da özlərini nağıl qəhrəmanlarına bənzətmək istəyirlər. Evlərində cürbəcür  ekzotik heyvanlar saxlayır, özləri üçün qəsr-qalalar tikirlər, quşqonmaz uca hasarlar qaldırır, yeraltı  bunkerlər tikdirirlər.

 

Belə 40 mərtəbəli binalardan biri də xeyli vaxtdır Heydər  Əliyev prospektində inşa edilir. Binanın qarşısında heç bir lövhə vurulmayıb.

Ancaq NUH.az-a daxil olan məlumata görə bu möhtəşəm 40 mərtəbəli bina  Əmlak Məsələləri Dövlət  Komitəsinin sədri Kərəm Həsənova məxsusdur. Və gələcəkdə biznes mərkəzi kimi fəaliyyət göstərməlidir.

 

Binanın  yaxınlığında  çalışanların dediyinə görə, hər gün  komitə sədrinin qardaşı, millət vəkili  Hacı Malik Həsənov  gəlib  tikintiyə nəzarət edir. 

 

Sözün düzü, millət vəkilinin “prorab”lığı  marağımıza səbəb oldu, ancaq özü il əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilmədik.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib