Dərc edilib: 29-06-2016

https://www.nuh.az/8047-.html

Putindən Ərdoğana başsağlığı zəngi - 40 dəqiqə danışdılar

29.06.2016 15:27:13

Siyasət

Türkiyə və Rusiya prezidentləri rus təyyarəsinin vurulmasından sonra ilk dəfə bir-biriləri ilə əlaqə saxlayıblar.

Qaynarinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışğı 40 dəqiqəyə yaxın davam edib. Danışıq zamanı Putin İstanbulun Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, sözügedən danışığın olacağı barədə Kremlin mətbuat katibi Dmitriy Peskov məlumat vermişdi. O, danışığın Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacağını bildirmişdi. 

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib