Dərc edilib: 30-06-2016

https://www.nuh.az/8050-.html

Dollar niyə 1.6 -dan baha satılır? - Açıqlama

30.06.2016 14:35:08

İqtisadiyyat

Dollar niyə 1.6 -dan baha satılır?

 

Son günlər dolların manata nisbətən bahalaşması valyuta bazarında bir xaos yaradıb. Bəzi banklar qanunvericiliyin tələblərini pozaraq, satış zamanı təyin olunmuş marjı gözləmirlər. Bu gün artıq bəzi banklar dolların satış məzənnəsini 1.62 civarında müəyyənləşdirib. Vüqar Bayramov Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, valyuta dəyişmə məntəqələrində və banklarda satış rəsmi məzənnənin 4 faizindən çox ola bilməz: "Əgər bu gün 100 dollar almaq üçün rəsmi məzənnə ilə 154 manat ödəməliyiksə, banklar hər 100 dollar üçün məzənnəni 160 manat müəyyənləşdirə bilərlər. Bundan baha satış qanunvericiliyin pozulması deməkdir. Belə olan halda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidməti həmin banklara xəbərdarlıq etməli və ya valyuta satışını dayandırması ilə bağlı qərar qəbul etməlidirlər". Ekspertin sözlərinə görə, yüksək məzənnələrin müəyyənləşdirilməsi qanunvericiliyə də ziddir: " Bu cür addımlar manata psixoloji təzyiqin artırılmasına gətirib çıxarır. Mərkəzi Bank mövcud qaydalar daxilində valyuta bazarında məzənnədəki marjın qorunması ilə bağlı monitorinqi davam etdirməlidir. Sözü gedən marj daxilində məzənnənin tənzimlənməsinə imkan yaradılmalıdır". Qafqaz Rafiqoğlu

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib