Dərc edilib: 30-06-2016

https://www.nuh.az/8051-.html

Avropanı mat qoyan 6 yaşlı azərbaycanlı şahmatçı

30.06.2016 14:51:03

İdman

Ölkəmizdə şahmata olan maraq azyaşlılar arasında da eyni dərəcədə yüksəkdir. Onlar müxtəlif dünya səviyyəli çempionatlarda iştirak edərək, uğurlu nəticələrlə bizi sevindirməyə davam edirlər.


Bu günlərdə Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında çox uğurlu nəticə göstərərək, Avropa çempionu oldu. Anspress-in məlumatına görə, şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb. 

Gənc istedad 7 oyun qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub. Avropa çempionatı Yunanıstanın Halkidiki şəhərində keçirilib.

Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz olub.  Üçüncü pillədə isə Rusiyadan Vetoxin Savva qerarlaşıb. İlk onluqda Türkiyədən 4 şahmatçı yer tutub.  Qaynarinfo.az

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib