Dərc edilib: 01-07-2016

https://www.nuh.az/8059-.html

Roma Papası Azərbaycana niyə gəlir?

01.07.2016 13:42:41

Maraqlı

Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Bu barədə Papanın özü Vatikandakı çıxışı zamanı bildirib.

O, bu ölkələrə səfər etmək dəvətini iki səbəbdən qəbul edib. "Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur" - deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

"Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir", - deyə, Papa Fransisk qeyd edib.

Xatırladaq ki, iyunun 24-26-da Roma Papası artıq Ermənistana səfər edib. (Report)

 

 

  NUH.az

 


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib