Dərc edilib: 06-07-2016

https://www.nuh.az/8086-.html

Ərdoğan Nazarbayevə zəng elədi

06.07.2016 14:55:06

Region

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
“Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər”, - deyə məlumatda bildirilib. Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib