Dərc edilib: 07-07-2016

https://www.nuh.az/8091-.html

Lavrovun Bakı səfərinin vaxtı açıqlandı

07.07.2016 15:33:54

Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək.

APA- nin  xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, S. Lavrov bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib