Dərc edilib: 09-07-2016

https://www.nuh.az/8095-.html

Uorlik: “Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər”

09.07.2016 14:29:00

Siyasət

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən yazıb.

Modern.az saytı xəbər verir ki, Ceyms Uorlik özünün "Twitter" səhifəsindəki qeydlərində bildirib ki, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində dünən baş tutan görüşlərdə tərəflər müharibə yolunu qəbul etmədiklərini vurğulayıblar. 

"ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır", deyə Ceyms Uorlik yazıb.

 

   NUH.az

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib