Dərc edilib: 09-07-2016

https://www.nuh.az/8096-.html

Terrorçular Türkiyəni yenə qana boyadı - SON DƏQİQƏ

09.07.2016 15:50:31

Hadisə

Bu gün Türkiyədə növbəti terror aktı qeydə alınıb.
 Qaynarinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu dəfə hədəf jandarma idarəsi olub.
Məlumata görə, terrorçular Mardinin Sultan Şeyhmus bələdiyyəsindəki Cevizpınar Jandarma İdarəsinə bombalı hücum təşkil edib. Partlayışın səsi o qədər güclü olub ki, şəhər mərkəzindən belə eşidilib. Hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Hadisə yerinə çox sayda təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib. 
İlkin məlumata görə, 1 şəhid, 11 əsgər yaralanıb. "Reuters"in yaydığı məlumatda isə yaralıların 11 nəfər olduğu bildirilir.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib