Dərc edilib: 11-07-2016

https://www.nuh.az/8108-.html

Metropoliten rəhbərliyi ilə icra başçıları arasında ərazi davası

11.07.2016 16:26:13

İqtisadiyyat

 

Metro stansiyalarının  ətrafında hər hansı br köşk, yaxud dönərxana, ictimai-iaşə obyekti  açılan kimi Metropoliten rəhbərliyi ilə ərazinin aid olduğu  rayon icra hakimiyyəti arasında münaqişə yaranır.


Metropoliten rəhbərliyi əsaslandırmağa çalışır ki, metro stansiyalarının ətrafındakı 25 metrlik ərazi bu quruma aiddir. Və qurumun icazəsi olmadan həmin ərazidə nəsə inşa etmək olmaz.


Rayon icra hakimiyyətləri isə Metropoliten rəhbərliyini bu iddiasını nəzərə almadan həmin 25 metrlik ərazidə müxtəlif obyektlərin açılmasına qanunsuz  sərəncam verir. Belə olan halda hər iki qurum arasında münaqişə, hətta dava  düşür.

Bu yaxınlarda  Xətai metro satansiyasının düz çıxışında yeni bir dönərxana istifadəyə verildi. Elə həmin gün  vətəndaşların gözü qarşısında  Xətai icra nümayəndəsi ilə Metropoliten nümayəndəsi  bir-birinə xoşagəlməz  ifadələr  söyləyirdi.

Əlbəttə söhbət qanunçuluğa əməl etməkdən deyil, obyekti açmaq üçün verilən rüşvətin necə bölünməsindən gedir.

Adının çəkilməsini istəməyən Metropoliten işçisi  NUH.az-ın əməkdaşına bildirib ki, metrostansiyalarının 25 metrlik  ətrafı xırda iaşə obyektləri ilə elə hörülüb ki, sabah metro satansiyasında hər hansı bir yanğın baş versə, Fövqəladə  Hallar  Nazirliyinin əməkdaşları  bura necə daxil olacaq..?

Doğrudan da haqlı sualdır. Qoy bu suala hər iki qurumun rəhbərliyi aydınlıq gətirsin.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib