Dərc edilib: 16-07-2016

https://www.nuh.az/8126-.html

104 qiyamçı öldürülüb, 90 şəhid var - RƏSMİ

16.07.2016 13:27:25

Region

"41-i polis, 2-si əsgər, 47-si sivil olmaqla 90 şəhidimiz var. Yaralıların sayı isə 154 nəfərdir". "Qaynarinfo.Az" xəbər verir ki, bu barədə Baş Qərargah rəisinin müavini, general Umit Dundar Ataturk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

General həbslərlə bağlı da məlumat verib: "İndiyədək olaylarla bağlılığı müəyyənləşdirilən Ankara Jandarma Məktəbləri komandanı Sadık Koroglu və İstanbul 2-ci Zirehli Tuqay komandanı Ozkan Aydogdu başda olmaqla 1563 hərbçi həbs olunub. Çevrilişə cəhd edənlərdən 104-ü öldürülüb". 
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib