Dərc edilib: 18-07-2016

https://www.nuh.az/8130-.html

Almatıda dəhşətli anlar: 3 polis, 1 vətəndaş öldürüldü

18.07.2016 14:16:19

Siyasət

Qazaxıstanın Almatı şəhərinin mərkəzində Polis İdarəsinə silahlı basqın olub. 


"Qaynarinfo.Az" xəbər verir ki, Polis İdarəsində atışma zamanı ən azı 3 polis əməkdaşı həlak olub. Bir vətəndaş isə maşınını qaçırmaq istəyərkən qətlə yetirilib. Məlumata görə, hazırda xəstəxanalarda 14 yaralıb.

Qazaxıstan hüquq-mühafizə orqanları ekstrimislərə qarşı əməliyyatları davam etdirir. Şəhərdə terror təhlükəsi ilə bağlı "qırmızı həyacan siqnalı" verilib. Hüquq-mühafizə orqanları bütün vətəndaşların mobil telefonlarına mesaj göndərərək evdən çıxmamağı tapşırıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib